Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-08-2024 , 10:21

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Hacı Əliyev: “Səbail bələdiyyəsi olaraq əsas vəzifəmiz vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Səbail rayonunda da təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən işlər davam etdirilir”- bu fikirləri Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bildirib.

Sədrin sözlərinə görə, sakinlərin istək və arzularına uyğun olaraq, Səbail RİH-in təşəbbüsü ilə hazırda rayonda bir sıra küçələrdə abadlaşdırma işləri aparılmaqdadır.

Belə ki, rayonun Gülbala Əliyev küçəsi 19, dalan 1.2.3 ünvanına asfalt vurulub. Bununla yanaşı  20 sahə,  Salyan yolu küçəsi 16-da abadlıq işləri aparılmışdır. Görülən işlərdən sakinlər razılıqlarını ifadə ediblər.

Sədr bildirib ki, Səbail bələdiyyəsi olaraq əsas vəzifəmiz vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir. Məhz bələdiyyə tərəfindən atılan addımlar bu prinsipə uyğun olaraq atılır.

Belediyye.info

 

Rəylər

1 Rəy

Turqay Qasımov

31-08-2024, 2 həftə əvvəl

Əla, bu cür tədbirlərin həyata keçirilməsi alqışa layiqdir!

Cavabla

Rəy yaz

Oxşar xəbərlər